- 2018-05-25
Boş şeyə görə məyus olma!
Ola bilər ki, bu, övlad üçün boş bir şey deyil. Öz uşaqlığınızı yadınıza salın! Bəli, uşaq — ona maşın verilmədiyi üçün və ya kubiklərdən yığılmış ev dağıldı deyə, kədərlənə bilər. Axı, onun kiçik dünyasında maşın və evcik — ən əsas şeyin özüdür! Uşağın problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və gələcəkdə övladınızın heç də boş bir şey olmayan digər problemlərini bilməməyəcəyinizə dair risk edirsiz. Yəni, siz onun problemlərini boş bir şey olduğunu dilinizə gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə problemini deməyəcəyinə zəmin yaradırsız. İşlədilməsi lazım olan cümlə: „Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım, bikef olardım."