FRANÇAYZİNQ NƏDİR?
Françayzinq müəyyən bir haqq qarşılığında bir şirkətin (françayzer) başqa bir şirkətə (françayzi) öz əmtəə nişanını (brend), biznes modelini və bunlarla bağlı olan bacarıq və xidmətini satmasıdır. Françayzinq hüquqi və kommersial bir razılaşmadır. Françayzinq hər hansı bir əmtəə nişanının müəyyən bir coğrafi məkan daxilində uzunmüddətli (5- 30 il) icarəyə götürülməsi kimi başa düşülə bilər. Kommersiya şəbəkəsinin qurulmasında françayzinqinin böyük əhəmiyyəti var. Françayzer öz əmtəə nişanını və ya biznes modelini bir neçə invetisorlara sata bilər. Bunula da françeyzer əlavə xərc və əziyyət çəkmədən öz şəbəkəsini genişləndirir və məhsulunu satır. Françayzerin uğuru françizinin uğurundan asılıdır. Bununla belə franşizi hüquqi və maliyyə baxımından françayzerdən asılı deyil. O, istədiyi kimi şirkətini idarə edə, qiymətlərini qoya, işçi və təchizatçılarını seçə bilər. Françizi yalnız müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində əmtəə nişanından və ona verilmiş məlumatlardan istifadə edə bilər. Deməli françayzinq müqaviləsi françizinin istifadə hüquqlarını müəyyən bir çərçivədə məhdudlaşdıran, eyni zamanda ona hüquqi və maliyyə azadlıqları verən paradoxal bir müqavilədir. Françayzere françayzinq müqaviləsinə əsasən 3 növ haqq ödənilir: əmtəə nişanından istifadəyə görə ödənilən və royaliy adlanan haqq, yəni biznes sisteminin bir parçası olmaq üçün ödənilən haqq training və konsultasiya xidmətlərinə görə ödənilən haqq, yəni biznesin təşkili sisteminin təmin edilməsinə görə alınan haqq. Françayzer öz bacarıqlarını françizi ilə bölüşmək öhdəliyi götürür. satışlardan əldə edilən faiz, yəni françizini gəlirindən alınan faiz. Azərbaycanda McDonalds, Yves Rocher, KFC, RemaX kimi şirkətlər, eyni zamanda bir çox otellər françayzinq müqaviləsi əsasında fəaliyyət göstərir.
Panda School öz əhatə dairəsini françayz üsulu ilə genişləndirir. Yəni, regionlarımızda, Panda Schoolun olmadığı radiuslarda yeni filialların açılması mümkündür. Hazırda Panda Schoolun 7 françayz şəklində açdığı mərkəz vardır.
Nümunə Françayzinq Müqaviləsi