- 2018-05-18
Uşaqlarda motivasiyanı necə təmin edək?
Valideynlərin və müəllimlərin ən çox düşündükləri mövzulardan biri də uşağın diqqətini və motivasiyasını təmin edə bilməməkdir. Bu tip uşaqlarda bəzi hallarda heç bir şeyə motivasiya olmur. Bəziləri isə yalnız müəyyən vəziyyətlərdə motivasiya nümayiş edirlər. Motivasiyalı olma vəziyyəti, impuls və ehtiyac kimi fərdi fərqliliklərdən böyük dərəcədə asılıdır. Uşaq bəzən məktəbdə öyrəndiyi dərsləri axmaq hesab edərkən, evdə ensiklopediyadan öyrənmək istədiyi şeylərə qarşı mükəmməl bir motivasiya göstərə bilər. Bu tip uşaqlar ehtiyacları olanı almaq istər və geri qalanını rədd edərlər. Bəzi uşaq dərsləri tamamilə rədd edərkən, digər vasitələrlə mükəmməl bir motivasiya təmin edə bilərlər. Motivasiya nisbi bir anlayış olmaqla birlikdə o ankı ehtiyacları aradan qaldırmaqla da bağlıdır. Valideynlər uşaqlarına 2 ay müddətində "irəlidə nə olmaq istəyirsən?" sualını verməlidirlər. Çünki uşaq verilən cavabından da aydın olacağı kimi dərslərinin irəlidə müvəffəqiyyət təmin edə biləcəyi ehtimalını ümumiyyətlə düşünməməkdədir. İstər uşaq istər yetkin olsun, insanlar motivasiyanı 2 formada yaşayarlar. Bunlardan biri xarici, digəri isə daxili motivasiyadır. Xarici motivasiyada müvəffəqiyyətsiz olan uşaq müvəffəqiyyətsiz olma vəziyyətini ekoloji faktorlara bağlayır. Bu vəziyyətdə uşağa görə müəllim onunla prinsip aparır, imtahanda qələminin mürəkkəbi qurtarmış, qələm tapa bilməmişdir, o gün əhvalı aşağı imiş, başı ağrıyırmış və s. Daxili motivasiyada isə uşaq müvəffəqiyyətsiz vəziyyətini tamamilə özünə bağlayır. Belə bir vəziyyətdə uşaq lazımi qədər işləmədiyini və kifayət qədər istəkli davranmadığını özünə etiraf edər. Xarici motivasiya uşağa müvəffəqiyyət təmin edə bilməkdə çox da sağlam bir üsul deyil. Çünki uşaq müvəffəqiyyət və ya müvəffəqiyyətsizliyin səbəblərini davamlı olaraq özündən başqa faktorlarda axtarar. Daxili motivasiyada isə uşaq özünün fərqindədir və özünü inkişaf etdirmək üçün əlindən gələni edər, bu da onun motivasiyanın yüksəlməsinə yardım edər. Uşağa hər müvəffəqiyyətli olduğu anda nağd pul, hədiyyələr kimi konkret həvəsləndiricilər verən ailə, uşağın daxili motivasiyasından çox xarici motivasiyasının inkişafına öz töhfəsini verirlər. Bu kimi vəziyyətlərdə uşaq müvəffəqiyyətli olma səbəbini xarici faktorlara bağlamağa başlayır. Artıq uşaq üçün bacarmanın deyil, hədiyyəni qazanmanın əhəmiyyəti vardır. Bu səbəblə daha çox kiçik yaşlardan uşağın daxili motivasiyasını inkişaf etdirməsinə köməkçi olmaq lazımdır. Bu kimi vəziyyətlərdə maddi imkanlardan çox, mənəvi imkanlar mükafatlandırma olaraq istifadə edilməlidir. " Uşaqların məktəb mühitində motivasiyasını necə təmin edə bilərik?" Əvvəldən də bəhs edildiyi üzrə, xüsusilə uşaqlarda motivasiya fərdi ehtiyaclara bağlıdır. Uşaq məktəbdə hər gördüyü məlumatı öyrənmək istəməyə bilər və ya çox şey ona darıxdırıcı gələr, öyrənməyi tamamilə rədd edər. Bu tip vəziyyətlərdə motivasiyanı təmin etmək məqsədi ilə 1970-ci ildə yaradılan Jigsav (Jigsaw) modeli təhsil şəkli indiki vaxtda hələ də istifadə edilməkdədir. Bu modeldə müəllim şagirdləri 5-6 nəfərlik qruplara ayırır. Hər qrupa həm öz içlərində, həm də fərdi olaraq vəzifələr verir. Bu şəkildə hər uşaq istədiyi mövzunu ətraflı bir şəkildə öyrənmiş və yoldaşlarıyla bölüşmüş olur. Bu tip təhsil formasında uşaq eyni zamanda öz mövzusunu sinifdəkilərə də öyrətməyə çalışır. Bu, həm uşağın motivasiyasını artırır, həm də motivasiyası artmış olan uşaqda digər mövzulara qarşı da maraq oyanar. Uşaqlar ümumiyyətlə sinifdə bir sualı bilmədikləri halda yoldaşlarına və müəllimlərinə qarşı xəcalətli olmaqdan qorxarlar. Jigsav modeli qrupla və daha sonra siniflə paylaşılan vəzifələr daxildir, çünki uşaq həm xəcalətli olmamaq, həm də öz qrupunu xəcalətli etməmək məqsədiylə daha çox çalışar və motivasiyası yüksələr.