Tez - Tez verilən suallar

Tez - Tez verilən suallar

1. Qrupa neçə uşaq daxildir?

Qrupa 6-8 uşaq daxildir.

2. Endirimlər tətbiq edirsinizmi?

Bəli, hər iki fəndən birinə 10% endirim təqdim olunur.

3. Sizdə sınaq imtahanları təşkil olunurmu?

Bəli , il ərzində mütəmadi şəkildə

4. İl ərzində hansı tədbirləriniz olur?

Yeni il şənliyi, Novruz bayramı, Beynəlxalq Uşaqlar Günü v.s

5. Tədris olunan dərslər (fənnlər) yeni dərs metodlarına uyğundurmu?

Bəli, müəllimələrimiz müəssisəmizin təşkil etdiyi müasir təlim metodologiyasına aid seminarlarda il ərzində 3-4 dəfə iştirak edirlər.

6. Müəlliməliriniz ixtisasları üzrəmi fəaliyyət göstərirlər?

Bəli, bütün müəllimlər öz fəaliyyət sahəsi üzrə ali təhsillidirlər.

7. Sizdə Psixoloq və loqoped seansları olurmu?

Bəli, bu xidmət ödənişlidir və hər filialımızda vardır. Filialların öz tələbələri üçün isə ümumi psixoloq yoxlamaları mütəmadi keçirilir.

8. Dərslərin vaxtın biz müəyyən edirik yoxsa müəllimə?

Dərslərin vaxtı hər iki tərəfə uyğun şəkildə müəyyən edilir.

9. Sertifikat verirsinizmi?

Bəli, uyğun kurslar üzrə sertifikat verilir.

10. Kurslara neçə yaşdan tələbə götürürsüz?

Ən kiçik yaş qrupumuz 3 yaşdır.

11. İstilik sisteminiz var?

Mərkəzlərimizin əksəriyyətində mərkəzi istilik sistemi vardır.

12. Boş vakansiyanız varmı?

Mütəmadi olaraq yeni filiallarımız açılır və keyfiyyətli kadra ehtiyac yaranır. Öz cv-nizi uyğun başlıqla Panda Schoolların filial emaillərinə göndərin.

13. Dərslər neçə saat keçirilir?

Dərs saatı seçilən dərs proqramına uyğun olaraq dəyişilir.

14. Məktəbəqədər hazırlığın proqramı Təhsil Nazirliyinin təsdiq etdiyi proqrama uyğundurmu?

Məktəbəqədər hazırlığın proqramı Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında tədris olunur.

15. Panda School hansı günlər və saat neçəyə kimi fəaliyyət göstərir?

Panda School həftə içi saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərir.

16. Yay məktəbi varmı?

Panda School-da 3 aylıq yay məktəbi fəaliyyət göstərir.

17. Sınaq dərsi varmI?

Panda School-da ilk dərs sınaq dərsi hesab olunur və ödənişsizdir.

18. Qeydiyyat üçün hansı sənədlər lazımdır?

Panda School-a qeydiyyat üçün övladınızın şəxsiyyət vəsiqəsi, 3x4 ölçüdə 2 ədəd şəkil lazımdır.

19. Dərs ödənişi necədir?

Dərslərin ödənişi ilk dərsdən sonra, övladınız dərsə davam edəcəksə, qəbul olunur.

20. Bütün mərkəzlərinizdə qiymətlər eynidirmi?

Xeyr, ərazidən asılı olaraq qiymətlərimiz dəyişir.

Əlavə sualınız varsa bizə yazın

Əlaqə Formu